BMT-dən Mariupoldan humanitar dəhlizlərin təşkili ilə bağlı çağırış

Dünya

21.04.2022 - 23:17

Həkimlər Klinikalar SEO Xidməti

Düjarrik: "Biz yalnız yenidən humanitar dəhlizlərin açılmasına çağıra bilərik”

BMT Mariupoldan humanitar dəhlizlərin təşkilini vacib hesab edir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Biz geniş yayılan bəyanatı (Mariupoldakı vəziyyətlə bağlı – red.) eşitdik. Hər iki ölkənin hakimiyyət orqanları ilə humanitar fasilə yaradılması üzrə əlaqədəyik. Biz yalnız yenidən humanitar dəhlizlərin açılmasına çağıra bilərik”, - o deyib.

S.Düjarrik, həmçinin qeyd edib ki, BMT-nin baş katibliyində təşkilat rəhbərinin Moskva və Kiyevə mümkün səfərləri ilə bağlı yeni məlumat yoxdur.

Xatırladaq ki, daha əvvəl A.Quterriş Rusiya və Ukraynanın BMT-dəki daimi nümayəndəliklərinə məktublar göndərərək hər iki ölkənin prezidentinin onu paytaxtlarında qəbul etməsini istəmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş