“Bloomberg“: Çin və Rusiya “kölgə donanması”nı genişləndirir

Dünya

30.12.2025 - 23:45

Pekin Rusiya qazını Çin terminallarına daşımaq üçün tankerlərdən ibarət “kölgə donanması” yaradıb

Çin və Rusiya sanksiyalara baxmayaraq, Rusiya qazını Çin terminallarına daşımaq üçün tankerlərdən ibarət “kölgə donanması” yaradıb və onu genişləndirir. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Bildirilib ki, donanma köhnə maye qaz daşıyan tankerlərdən istifadə edir, gəmilərin sahibi və daşınan yükün mənşəyini gizlətmək üçün onların adları dəyişdirilir və qeyri-müəyyən şirkətlər adı altında qeydiyyata alınır.

Məlumata görə, bu ilin avqust ayından bəri bu gəmilər vasitəsilə Rusiyadan Çinin Beihai terminalına 500 milyon ABŞ dolları dəyərində maye qaz daşınıb.

Bildirilib ki, bu təşəbbüs Çini ucuz yanacaqla təmin etməyə və Rusiyaya isə iri həcmdə qaz ixracını davam etdirməyə kömək edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş