“Bloomberg”: Arktika ABŞ və Rusiya maraqlarının yeni toqquşma məkanıdır

Dünya

13.03.2023 - 17:36

cedabet dərman SEO Xidməti

“Rusiya Arktikada hərbi mövcudluğunu gücləndirir və ABŞ və NATO ilə qarşıdurma yaranacağı təqdirdə ciddi ziyan vura biləcək”

Arktika getdikcə daha böyük strateji əhəmiyyət kəsb edir və ABŞ-la Rusiya maraqlarının yeni toqquşma məkanıdır. AYNA xəbər verir ki, bu barədə “Bloomberg”in məqaləsində qeyd edilib.

“Arktikanın dəniz dibi ehtiyatlarının miqyası yaxşı xəritələşdirilməyib, lakin hesablamalar göstərir ki, region dünyanın neft və təbii qaz ehtiyatlarının təxminən dörddə birini tutur. Və onun dəniz zolaqları ənənəvi kommersiya daşıma zolaqlarını həftələr olmasa da, günlərlə qısalda bilər”, məqalədə qeyd edilib.

Bildirilib ki, Rusiya Arktikada hərbi mövcudluğunu gücləndirir və ABŞ və NATO ilə qarşıdurma yaranacağı təqdirdə ciddi ziyan vura biləcək: “Qrenlandiya-İslandiya-Böyük Britaniya dəhlizi xüsusi maraq doğurur. Rusiya potensial olaraq kommersiya daşımalarını poza və ya ABŞ-ın hərbi təchizat xətlərini kəsə bilər”.

Norveçdəki Fridtjof Nansen İnstitutunun baş elmi işçisi Andreas Oesthaqenin fikrincə, Şimali Avropa və Arktikada vəziyyətə və təhlükəsizliyə nəzarət etmək üçün Rusiya çox güclü təhlükəsizlik sisteminə malik olmalıdır.

Bundan əvvəl Dövlət Departamentinin müşaviri Derek Kollet ABŞ-ın Arktikada Rusiya ilə əməkdaşlıq imkanlarını şərh edib. O, bunun yaxın gələcəkdə baş verməyəcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş