Blinkenin Çinə səfəri başlayıb

Dünya

24.04.2024 - 17:39

ABŞ dövlət katibi Şanxaya gedib

ABŞ dövlət katibi Antoni Blinkenin Çinə işgüzar səfəri başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, Blinken çərşənbə günü Şanxaya gedib.

Blinken aprelin 24-26-da Çində olacaq. Bu, Blinkenin ABŞ dövlət katibi olduğu müddətdə Çinə ikinci səfəridir.

Dövlət Departamentinin sözçüsü daha əvvəl Blinkenin səfəri ilə bağlı jurnalistlər üçün xüsusi brifinqdə deyib ki, dövlət katibi Şanxay və Pekinə səfər etmək üçün son iki il ərzində intensiv diplomatik danışıqlar aparıb.

Səfər zamanı Blinkenin yüksək çinli məmurlarla, xüsusən də xarici işlər naziri Vanq Yi ilə görüşü gözlənilir.

Blinkenin Çinə səfəri öncəsi keçirdiyi brifinqdə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-ın Çin və Rusiya arasında normal münasibətləri ləkələməməli olduğuna diqqət çəkib.

Müəllif: Ayna.az