"Qəzza zolağında münaqişənin yayılmasının qarşısını almaq üçün birgə səylərdən danışdıq"
ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Ankarada keçirilən danışıqları məhsuldar adlandırıb. AYNA xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, Fidanla Qəzza zolağında davamlı sülhün təmin edilməsi, eləcə də əhaliyə humanitar yardımın göstərilməsi məsələlərini müzakirə ediblər. Bundan əlavə, siyasətçilər Qəzza zolağında münaqişənin yayılmasının qarşısını almaq üçün birgə səylərdən danışıblar.
Həmçinin qeyd olunub ki, Vaşinqton böhrandan çıxmaq üçün cəhdlər edir.
“Günahsız mülki vətəndaşların əziyyətini görürük. Biz israillilərlə əlaqə saxlayırıq. Mülki itkiləri azalda biləcək addımlar barədə danışdıq”, - Blinken jurnalistlərə bildirib.
Qeyd edək ki, Blinkenin noyabrın 6-da Türkiyəyə səfər edib.