Azərbaycan Prezidenti avqustun 16-da Kəlbəcərə səfər edib
“Ermənistanın məqsədinin status-kvonu əbədi etmək, bir qarış torpağı qaytarmamaq, məsələni uzatmaq idi. Onlar öz xarici havadarlarına güvənərək bunu 30 il ərzində həyata keçirirdilər. İstəyirdilər ki, bundan sonra da 300 il ərzində bunu həyata keçirsinlər”.
AYNA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcərə səfəri zamanı çıxışında deyib.