Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı - <font color=red> FOTO</font>

Siyasət

17.12.2019 - 22:48

Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb

 

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 17-də başa çatıb.

 

AYNA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

Müəllif: Ayna.az