Bir qrup ziyalı və ictimai fəal xalqa müraciət edib

Xəbərlər

24.07.2020 - 15:03

cedabet dərman SEO Xidməti

“Bu yolda qazi və ya şəhid olmağı həyat amalı, məslək əqidəsi hesab edən xalqın Mübariz İbrahimovu çoxdur”

 

Azərbaycanın bir qrup ziyalısı və ictimai fəalı xalqa müraciət edib. AYNA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, iki əsrə yaxındır ki, xəyanətkar qonşumuz olan erməni qəsbkarları “Böyük Ermənistan” yaratmaq uğrunda mənfur ideyalarını həyata keçirmək üçün Azərbaycan torpaqlarında xalqımıza qarşı faciələr, soyqırımlar həyata keçirməkdə davam edir.

 

Qeyd olunub ki, təcavüzkar niyyətini heç vaxt dəyişməyən yarımüstəqil, işğalçı Ermənistan pandemiyanın dünyada, o cümlədən regionda tüğyan etdiyi bir dövrdə öz çirkin əməlindən əl çəkməyərək, Azərbaycan Dövlət sərhəddini yenidən pozmuşdur. Təxribat törədən düşmən odlu silahlardan atəş açaraq ikiqat müharibə şəraiti yaradıb: “Lakin bu mürəkkəb şəraitdə Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alıb, ona qətiyyətli, sarsıdıcı zərbələr endirib. Düşmənin xeyli miqdarda canlı qüvvəsi, hərbi-texnikası və sursatı sıradan çıxarılıb. Ordumuzun bu zərbələri nəticəsində düşmən tərəf qorxuya düşərək, cəbhə bölgəsindən qaçmağa başlayıb”.

 

“Əziz xalqımız! Cəbhədə yaranan bu gərginlik bizdə müəyyən məyusluq yaratsa da, digər tərəfdən böyük qürur hissinə səbəb oldu. Biz canlı bir tarixin şahidi olduq. Düşmənin bu təxribatı zamanı həlak olan şəhidlərimizi xalq böyük ruh yüksəkliyi ilə, alqışlarla, öz balası kimi son mənzilə yola saldı. Allah hər birinə rəhmət eləsin! Vətən oğullarımız cəbhə bölgəsinə can ataraq, əsgərlərimizlə çiyin-çiyinə döyüşmək istəyini nümayiş etdirdi. Milli dövlətçilik şüurunun yeni təkamül müstəvisinə keçmiş on minlərlə vətəndaşımız möhtəşəm bir yürüşə imza atdı. Onlar orduya, Ali Baş Komandana dəstəyini ifadə edərək torpaqlarımızın işğaldan azad olunması üçün müharibəyə, səngərə atılmağa hazır olduqlarını bildirdilər. “Azərbaycan!”, “Torpaqlarımıza azadlıq!”, “Qarabağ!”, Şəhidlər ölməz, vətən bölünməz!” adlı şüarlarını səsləndirərək paytaxtımızın küçələrinə axışdı. Bu yürüşə ətraf rayonlardan, qəsəbələrdən də qatılanlar çox oldu. Bu yürüş vətənə olan sevginin təzahürü idi. Hər bir yurddaşımız səfərbərlik istəyirdi. Hansı xalqın bu qədər könüllüsü var? Bu çox möhtəşəm və qürurverici idi.

Bütün dünya azərbaycanlıları, həmçinin Avropada yaşayan həmvətənlərimiz yekdilliklə ayağa qalxdı, “Vətənimiz Azərbaycan, səninləyik!” dedilər. Vətən uğrunda döyüşə hazır olduqlarını bildiridilər.

Yürüşdə polis, ordu və xalqın həmrəyliyi, ümumi məqsəd naminə coşğu ilə birgə addımlaması, xalqımızın bütövlüyünün, yüksək ictimai mədəniyyət göstəricisi olaraq dünya üçün də bir nümunə oldu. Xalqın əzmini sındırmaq, vətənpərvər ruhuna kölgə salmaq istəyənlərin qanunsuz əməlləri yürüş iştirakçıları və polisin birgə səyləri nəticəsində baş tutmadı. Düşmən dəyirmanına su tökənlər və düşmənin özü də gördü ki, Azərbaycan xalqı öz birliyini qoruyub saxlamışdır. Qarabağın işğalı ilə barışmayan xalq torpaqlarını müharibə yolu ilə azad etmək, şəhidlərimizin qisasını almaq üçün Ali Baş Komandamızdan müharibə əmri almaq niyyəti ilə ayağa qalxmışdı. Mənasız fikirlərə düşən ermənilər və havadarları bir daha anladılar ki, uzun illərin əsarəti, zülmü, işğalı altında yaşamağa məhkum olan xalq nəinki Qarabağı ala bilər, hətta ata-baba yurdumuz olan İrəvanı da ələ keçirə bilər. Bu yolda qazi və ya şəhid olmağı həyat amalı, məslək əqidəsi hesab edən xalqın Mübariz İbrahimovu çoxdur. Əsas məqsəd torpaqlarımızı azad etməkdir. Bütün bu dediklərimizi nəzərə alaraq hər bir vətəndaşımıza ikiqat müharibə şəraitində daha da məsuliyyətli, həmrəy olmağı, ümumi və həlledici qələbə naminə öz fəaliyyəti sahəsində bacardığı qədər fayda verməyi arzu edirik”, - deyə müraciətdə qeyd olunub.

 

Müraciət müaəllifləri fikirlərini bu sözlərlə bitiriblər: “Hörmətli xalqımız!

Böyük sərkərdə Napoleonun “General olmaq istəməyən əsgər əsgər deyil” fikrinə diqqət yetirsək, görərik ki, ölkəmizdə yetişən bu cür generalların sayı heç də az deyil. Həzi Aslanov, Məhəmməd Əsədov, İsmət Qayıbov kimi fədailərimizi buna misal göstərmək olar. Onların layiqli davamçısı kimi biz bu yaxınlarda ön cəbhədə əsgərlərimizlə bir sırada çiyin-çiyinə vuruşan qəhrəman generalımız Polad Həşimovu gördük. O generalı ki, aprel döyüşlərində göstərdiyi şücaətə görə dövlət tərəfindən mükafat olaraq ona verilən evi bir şəhid ailəsinə bağışlamışdı. O general ki, indiki döyüşlərdə canından artıq sevdiyi vətəni, xalqı yolunda vuruşaraq fədakarcasına şəhid oldu. Xalqımız döyüş zamanı dördüncü generalını itirdi. Unutmayaq ki, bu generallarımızın hər birinin ölümü iyrənc qonşularımızın məkri sayəsində həyata keçib. Əminik ki, dövlətimizin keşiyini çəkən, vuruşan, fədakarlıq göstərən, qəhrəmancasına həlak olan əsgər və zabitlərimiz dövlətimiz tərəfindən öz layiqli qiymətini alacaqdır.

 

Əziz həmvətənlər! Vətənin çətin günlərində yüksək vətənpərvərliyinizlə, birliyinizlə, dövlətimizə və rəşadətli ordumuza göstərdiyiniz möhtəşəm dəstəyinizlə qürur duyuruq və sizinlə həmrəy olduğumuzu bildiririk.

Allah şəhidlərimizə rəhmət eləsin, yaralı qardaşlarımıza şəfa versin! Azərbaycan Respublikasına Xidmət edirik!”.

 

Müraciəti aşağırdakı şəxslər imzalayıblar:

 

Sadiq Qarayev - yazıçı, alim

Aləm Kəngərli - yazıçı

Nəcibə İlkin - şair-publisist

Afiq Məmmədov - AMEA, Vitse Prezidenti Xidmətinin elmi katibi

Asif Mehralıyev - biologiya üzrə fəlsəfə doktoru

Aynur Xəlilova - filologiya üzrə fəlsəfə doktoru

Sevinc Quliyeva - biologiya üzrə fəlsəfə doktoru

Zeynəddin Şabanov - fəlsəfə,üzrə fəlsəfə doktoru

Sənan Həsənov - siyasi elmlər üzrə fəlsəfə doktoru

Şahlar Göytürk - filologiya üzrə fəlsəfə doktoru

Kamal Camalov - pedoqogika üzrə fəlsəfə doktoru

Səyyarə İbadullayeva - biologiya üzrə elmlər doktoru, professor

İsmayıl Məcidli - aqrar elmlər üzrə fəlsəfə doktoru, yazıçı

Əlisahib Hüseynli - Elmi Tədqiqat Meşəçilik İnstitunun şöbə müdiri

Yeganə Bayramova - filoogiya üzrə fəlsəfə doktoru

Mərziyə Nəcəfova - baş elmi işçi, filologiya üzrə elmlər doktoru

Rasim Heydərov - filologiya üzrə fəlsəfə doktoru

Teyyub Quliyev - filologiya üzrə fəlsəfə doktoru

Elza Mollayeva - pedaqogika üzrə fəlsəfə doktoru

Əsəd Cahangir - ədəbi tənqidçi

Firuz Mustafa- daramturq

İlqar Türkoğlu - şair, hüquqşünas

Ayaz Arabaçı- şair

Ramiz Qusarçaylı- şair

Vaqif Hicran- şair

Bilal Ararlı- şair, alim

Arifə Əliyeva - AYB-nin kadrlar üzrə katibi

Nazlı Çələbi - həkim, şair

Rizvan Cəfərli- hüquqşünas, şair

Xalidə Niray- şair

Abdulla Məmməd- şair, pedaqoq

Naibə Yusif- şair, yazıçı, pedaqoq

Murad Köhnəqala- şair, yazıçı

Narıngül Nadir- şair

Adilə Nəzər- filologiya üzrə fəlsəfə doktoru, şair

Şəfəq Sahibli- şair

Sübhan Abasbəyli- şair

Mahirə Nərimanqızı - qəzəlxan-şair,

Bəsti İsmayılova - pedaqoq, publisist

Süleyman Abdulla - şair, qazi

Faiq Balabəyli - şair-publisist

Gülqədəm Mirzəzadə - bəstəkar, şair

Gülnarə Sadiq - şair-yazıçı

Nadir Ziyadlı - jurnalist, pedaqoq

Əlizaman Baxış - şair-pedaqoq

Yaşar Süleymanlı - yazıçı

Oruc Orucov - dövlət qulluqçusu

Kənan Hacı - yazıçı

Sakit İlkin - şair

Şərafəddin İlkin - şair

Zaur Qəriboğlu - yazıçı, telejurnalist

Aləmzər Sadiqqızıv - şair

Fazilə Qaffar qızı - yazıçı

Əli Əlibəyli - şair

Xatirə Rəhimli - şair, hərbi jurnalsit

Aysel Səfərli - şair, jurnalsit

Səfa Rəşid - şair

Əli Bəy Azəri - şair jurnalist

Rəfiqə Abbasova - həkim, şair

Nazilə Gültac - həkim, şair

Zaur Ustac - şair-jurnalsit

Vasif Süleyman- şair

Oktay Səfioğlu - həkim, şair

Yaşar Bünyad - yazıçı

Kəmalə Rəhimli - jurnalist

Ummuxanım Hüseynzadə - müstəqil politoloq

Arif Məhərrəmov - Çeçenistan Xalq qəhrəmanı, qazi

Zərnişan Rəhimova - filoloq, pedaqoq

Kəmaləddin Qədim - şair

Kəramət Böyükçöl - yazıçı

Reyhan Kənan - şair

Zeynəb Dərbəndli – şair, müğənni

İldırım Qəhrəmanov - şair

Aida Adıgözəl - şair

Dərya Qılıc - yazıçı

Elçin Bağırov- şair

Savalan Talıblı - jurnalsit

Meyxoş Abdullah - yazıçı

İlham Qazaxlı - şair

Əlővsət Tahirli - şair

Arzu Göytür - şair, pedaqoq

Rəşad Məhəmmdəoğlu - yazıçı

Şiringül Musayeva - yazıçı

Məhəmməd Nərimanoğlu - şair,publisist

Ayaz İmranoğlu - şair

Sevda Mikayılova - şair, pedaqoq

Xalidə Hicran Seyidova - rəsssam, şair

Loğman Qorqud Əjdərov - şair, filosof

Giya Paşxataşvili - şair, tərcüməçi

Xatirə Rzayeva - şair

Vüsal Ağayev- şair

Təvəkkül Goruslu - şair

Fəxri Müslüm - şair

Namiq Cəfərli - şair

Gülər Natiq İsaq - şair

Lipar Cəmişidqızı - şair

Elvin Firidunoğlu - şair

Vüsal Oğuz - şair-pedaqoq

Mələk İsmayıl - şair

Mərdan Dadaşlı - şair, pedaqoq

Mətanət Duyğulu - şair

Təranə Arifqızı - şair, radio jurnalsit

Xuraman Camalqızı - şair

Elli Atayurd - şair

Elməddin Həbiboğlu - şair

Səbahəddin Çingizolu - şair

Qabil Ədalət - şair

Zaur İbrahimoğlu - şair, pedaqoq

Əntiqə Qonaq - hərbi jurnalist

Fatma Allahverdiyeva - yazar

Gülhüseyn Kazımov - QHT sədri

Ədib İsaoğlu - ictimai fəal

Çiçək Həsənova - ictimai fəal

Zülfiyyə Yaqub - dzayner, şair

Tərlan Salehi - ictimai fəal

Mahmud Yusifli - həkim

Seyidnisə Bağırova- ictimai fəal

Gülağa Rəfiyev - ictimai fəal

Toma Kərimli - ictimai fəal, yazar

Zakir Mustafayev - ictimai fəal

Sənan Nemətov - ictimai fəal

Nicat Məmmədov - ictimai fəal

Famil Əşrəfov - ictimai fəal

Anna Mir - jurnalist

Solmaz Elqızı - şair

Cabir Ağaoğlu - şair

Təranə Məftun - şair

Mahmud Yusifli - ictimai fəal

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş