Ukraynalıların əksəriyyəti Moldovaya Rumıniya ilə sərhəddən daxil olub
Moldovanın Sərhəd Polis İdarəsi 2022-ci il dekabrın 26-dan 2023-cü il yanvarın 1-dək 42 min ukraynalının ölkəyə gəldiyini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə məlumat İdarənin saytında yerləşdirilib.
"Ukraynalılara gəlincə, həftə ərzində respublikaya ümumilikdə 42 min 783 nəfər daxil olub", - hesabatda qeyd olunub.
Bildirilir ki, ukraynalıların əksəriyyəti Moldovaya Rumıniya ilə sərhəddən (keçənlərin 55 faizi), 29 faizi Ukrayna ilə sərhəddəki nəzarət-buraxılış məntəqələrindən daxil olub. Qalan 16 faizi isə Kişinyov Beynəlxalq Hava Limanından daxil olub.
Qeyd edək ki, Moldova Mədəniyyət Nazirliyi 2023-cü ili “Ukrayna Mədəniyyəti İli” elan edib. Moldova Respublikasının mədəniyyət naziri Sergiu Prodan bu məsələni ukraynalı həmkarı Aleksandr Tkaçenko ilə müzakirə edib.