Həbs olunların narkotik cinayətlərində günahlandırılır
İranın paytaxtı Tehran şəhərində 60 nəfər həbs olunub. AYNA İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Tehran komandiri Səməd Sultani açıqlama yayıb.
“Tehranın Paşva rayonunda gecə əyləncəsinə qatılan və narkotik istifadəçisi olan 60 nəfər həbs olunub”, - deyə Sultani bildirib.
Həbs olunların narkotik cinayətlərində günahlandırıldığını iddia edən Sultani hadisə ilə bağlı əlavə məlumat verməyib.