Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
AYNA.AZ xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə 28 noyabr saat 10:00-dan etibarən Suraxanı və Yasamal rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.