Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərlənib

Xəbərlər

08.12.2025 - 14:09

Bir nəfərin vəziyyəti ağırdır

Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.

1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

E.Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş