Serb polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib
Serbiyada parlament seçkilərinin nəticələrinə etiraz edən müxalif qüvvələr Belqradda administrasiya binasına basqın ediblər. AYNA xarici mediaya istinadən bildirir ki, serb polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Aksiyaçılar polisə daş və şüşə atıblar.
Qeyd edək ki, etiraz aksiyalarına “Serbiya Zorakılığa Qarşı” blokunun liderləri Marinika Tepiç və Miroslav Aleksiç rəhbərlik edir. Dekabrın 19-dan indiki hökumətin əleyhdarları rəsmi məlumatlara görə, Vuçiçin rəhbərlik etdiyi koalisiyanın qalib gəldiyi parlament seçkilərinin nəticələrinə etiraz edirlər.