"Belçika BMT-nin sessiyasında Fələstini tanıyacaq, İsrailə qarşı sərt sanksiyalar tətbiq olunacaq”
Belçika BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini tanıyacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost bildirib.
"Belçika BMT-nin sessiyasında Fələstini tanıyacaq, İsrailə qarşı sərt sanksiyalar tətbiq olunacaq. HƏMAS tərəfdarlarının istənilən antisemitizmi və ya terroru da qətiyyətlə pislənəcək. Belçika Fələstini Fransa və Səudiyyə Ərəbistanının birgə təşəbbüsünün bir hissəsi kimi tanıyır", nazir öz hesabında "X" hesabında yazıb.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron iyulun 24-də BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fransanın Fələstin dövlətini rəsmən tanıyacağını açıqlamışdı.