Belçika Böhran Mərkəzindən yeni COVID-19 məlumatı

Dünya

29.05.2020 - 15:16

Ölkədə yoluxanların sayı 212 nəfər artaraq 58 min 61 nəfərə çatıb

 

Belçikada son 24 saat ərzində yeni növ koronavirusa yoluxanların sayı 212 nəfər artaraq 58 min 61 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə Belçika Böhran Mərkəzi məlumat yayıb.

 

Bununla yanaşı, məlumatda reanimasiyada yatan xəstələrin sayının 22 nəfər azalaraq 187-ə endiyi bildirilib.

 

Ölkədə qeydə alınan ölüm sayı da 42 nəfər artaraq, 9430-a yüksəlib. Ölənlərin 48 faizinin xəstəxanalarda, 51 faizinin isə qocalar evində vəfat etdiyi vurğulanıb.

Müəllif: Ayna.az