“Belarusda nüvə silahı anbarının tikintisi iyulun 1-dək başa çatacaq”

Dünya

26.03.2023 - 15:13

Putin Moskva və Minskarasında razılaşmanın olduğunu açıqlayıb

İyulun 1-dək Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisi başa çatacaq. AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” telekanalının efirində bildirib.

Putin qeyd edib ki, Moskva və Minsk Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilə (START) üzrə öhdəlikləri pozmadan, taktiki nüvə silahlarının orada yerləşdirilməsinə razılaşıblar.

Belarus Prezidenti Aleksandr Lukaşenko bir qədər əvvəl bildirmişdi ki, ölkəsinin nüvə silahına ehtiyacı yoxdur: “Çünki biz ABŞ-a qarşı heç bir zərbə endirmək niyyətində deyilik. Belarusun strateji nüvə silahına qətiyyən ehtiyacı yoxdur”.

Müəllif: Ayna.az