“Əmirlik Le Burje hava limanında Fransa səlahiyyətliləri tərəfindən saxlanılan BƏƏ vətəndaşı Pavel Durovun işini diqqətlə izləyir”
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi Fransada həbs olunan “Telegram” messencerinin təsisçisi Pavel Durova bütün lazımi konsulluq xidmətlərinə çıxışı təmin etməyi tələb edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə nazirliyin açıqlamasında qeyd olunub.
“Əmirlik Le Burje hava limanında Fransa səlahiyyətliləri tərəfindən saxlanılan BƏƏ vətəndaşı Pavel Durovun işini diqqətlə izləyir. Və onlar Fransa hökumətinə təcili olaraq bütün lazımi konsulluq xidmətlərinin göstərilməsi tələbini təqdim ediblər”, - XİN-dən bildirilib.
Nazirlikdən həmçinin vurğulanıb ki, BƏƏ vətəndaşlarına yardım və onların müdafiəsi ərəb dövləti üçün əsas prioritetdir.
Qeyd edək ki, Fransa prokurorluğu “Telegram” messencerinin təsisçisi Pavel Durovun həbs müddətini uzadıb. Sahibkar avqustun 28-i çərşənbə gününə kimi həbsdə qalacaq.