BƏƏ Afrika ölkələrinə meymunçiçəyinə qarşı vaksinlər bağışlayacaq

Dünya

03.09.2024 - 09:30

Həkimlər Klinikalar SEO Xidməti

Həmin ölkələrə vaksin yükü ilə bir neçə təyyarə göndəriləcək

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan meymunçiçəyi xəstəliyinin yayılması ilə üzləşən Afrikanın beş ölkəsinə virusa qarşı vaksinlərin bağışlanması barədə göstəriş verib.

AYNA bu barədə WAM agentliyinə istinadən xəbər verir.

Agentlik bildirib ki, Əmirlik hakimiyyəti Konqo Demokratik Respublikası, Kamerun, Fil Dişi Sahili, Nigeriya və Cənubi Afrika Respublikasına vaksin yükü ilə bir neçə təyyarə göndərəcək.

Peyvəndlərin dəqiq sayı açıqlanmır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş