Bazar günü 40 dərəcə isti olacaq

Cəmiyyət

18.07.2020 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

Rayonlarda  havanın əsasən yağmursuz keçəcəyi gözlənilir 

 

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

 

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, 19 iyulda Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif cənub küləyi əsəcək.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda  gecə 23-25, gündüz  35-37 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   

 

Abşeron çimərliklərində zəif cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.  

 

Azərbaycanın bəzi rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. 

 

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz  23-28 dərəcə  isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 19-da Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişsizdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş