Bayramovla Fidan arasında telefon danışığı olub

Xəbərlər

14.01.2026 - 00:29

Azərbaycan və Türkiyə XİN rəhbərləri regionda təhlükəsizlik vəziyyətini müzakirə edib

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş