Bayıl stadionu təmirə bağlanacaq

İdman

03.04.2026 - 13:56

Arena təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacaq

Bayıl stadionu may ayında - cari mövsüm başa çatdıqdan sonra təmirə bağlanacaq. AYNA.AZ xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransda deyib.

Qurum rəsmisi AFFA-nın balansında olan arenanın təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacağını deyib.

Onun sözlərinə görə, iki regionda isə futbol mərkəzi istifadəyə veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş