Hakimlər çempionatı boykot etdilər

İdman

14.12.2019 - 01:38

Son vaxtlar ölkədə hakimlər haqda xoşagəlməz fikirlər səsləndirilir

 

Yunanıstan Super Liqasında 18-ci turun oyunları təyinat alan hakimlər qarşılaşmaları boykot edib.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb son vaxtlar ölkədə hakimlər haqda xoşagəlməz fikirlərin səsləndirilməsi olub. Referilər Hakimlər Komitəsinə məktubunda təhdidlərdən qorunmadıqlarını qeyd edib.

 

Yunanıstan Futbol Federasiyası məsələ ilə bağlı hələ ki, mövqeyini bildirməyib.

Müəllif: Ayna.az