Baydenin yeni Venesuala siyasəti: <font color=red> Trampdan fərqli olaraq...</font>

Dünya

20.12.2020 - 06:38

Yeni prezidentin birbaşa danışıqlara hazır olduğu deyilir 
 
Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Co Baydenin Venesuela prezidenti Nikolas Maduro ilə görüşməyi, azad və ədalətli seçkilər qarşılığında sanksiyaların yüngülləşdirilməsini təklif etməyi planlaşdırdığı bildirilib. AYNA xəbər verir ki, “Bloomberg”in Baydenə yaxın mənbələrə istinadən yayımladığı xəbərlərdə yeni rəhbərliyin Venesuelada iqtisadi və humanitar böhrana son qoymaq üçün bu təklifə hazırlaşdığı vurğulanıb.
 
Məlumata görə, Baydenin Tramp administrasiyasından fərqli olaraq, Venesuela prezidenti Maduronun vəzifəsindən getməsi əsas şərt olmadan, birbaşa danışıqlara hazır olduğu da ifadə edilib. Baydenin müşavirlərinin dediklərinə görə, Venesueladakı böhran rəhbərliyin Qərb yarımkürəsində qarşılaşayacağı ən böyük diplomatik problem olacaq.
 
Bununla yanaşı, Bayden rəhbərliyinin Tramp administrasiyasından fərqli olaraq, müxalifətin namizədi Xuan Quaidoyu müvəqqəti prezident kimi tanıma siyasətinə necə yanaşacağı da maraq doğurur.
 
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, son 5 ildə 5.4 milyon insan iqtisadi və siyasi səbəblərdən Venesuelanı tərk edib.
Müəllif: Ayna.az