ABŞ lideri İrana İsrailə qarşı hər hansı addım atmaması barədə xəbərdarlıq edib
ABŞ Prezidenti Co Bayden Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İranı İsrailə qarşı hər hansı addım atmaması barədə xəbərdar edib. AYNA xəbər verir ki, bu barədə Bayden ABŞ-ın yəhudi ictimai təşkilatlarının nümayəndələri ilə görüşdə deyib.
"Biz iranlılara açıq şəkildə bildirdik: ehtiyatlı olun", - Bayden əlavə edib.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl Baydenin İsrailə qeyd-şərtsiz dəstək verdiyini bildirmişdi.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ordusu HƏMAS qruplaşmasından olan fələstinli radikalların İsrail ərazisinə raket zərbələri endirdiyini açıqlayıb. Raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başladığını elan edib.