Bayden Zelenski ilə söhbət zamanı nəyə hirslənib? - İDDİA

Dünya

31.10.2022 - 16:43

Həkimlər Klinikalar SEO Xidməti

“Bayden səsini qaldırdı və Zelenskini minnətdar olmağa səslədi”

ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı zamanı hirslənib. AYNA xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “NBC News” məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, söhbət iki ölkə lideri arasında 2022-ci il iyunun 15-də baş tutan telefon danışığı zamanı baş verən hadisədən gedir.

İddiaya görə, Ağ Ev rəhbəri ukraynalı həmkarına bildirib ki, o, Kiyevə 1 milyard dollar məbləğində əlavə hərbi yardımın ayrılmasını təsdiqləyib. Lakin buna cavab olaraq Zelenski Ukraynanın Qərb ölkələrindən gözlədiyi, lakin almadığı yardımları sadalamağa başlayıb.

“Bayden özünü itirdi, hirsləndi... Amerika xalqı kifayət qədər səxavətlidir və onların administrasiyası və ABŞ ordusu Ukraynaya kömək etmək üçün çox çalışır, Bayden səsini qaldıraraq dedi və Zelenskini minnətdar olmağa səslədi”, - mənbə qeyd edib.

“NBC News”un mənbələrinə görə, ABŞ Prezidentinin narazılığı bundan bir neçə həftə əvvəl Vaşinqtonun Zelenski tərəfindən silahların tədarükünün ləng olması ilə bağlı davamlı tənqidi fonunda başlayıb. Lakin bu hadisədən sonra Ukrayna liderinin komandası iki liderin münasibətlərindəki gərginliyi səmərəsiz hesab edərək aradan qaldırmağa çalışmağa başlayıb.

Nəticədə, Zelenski həmin gün Vaşinqtonun köməyini yüksək qiymətləndirərək Baydenə ictimai təşəkkür edib. Bundan sonra ABŞ və Ukrayna liderləri arasında münasibətlər yaxşılaşıb.

Oktyabrın ortalarında “Washington Post” yazıb ki, Bayden Zelenskiyə Vaşinqtondan gələn yardımın miqdarından şikayətlənməyə davam edərsə, Kiyev üçün Konqresdən vəsait əldə etməkdə yarana biləcək çətinliklər barədə xəbərdarlıq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş