ABŞ Prezidenti: “Bu, bəhanə deyil, izahatdır”
ABŞ Prezidenti Co Bayden keçmiş Amerika lideri Donald Trampla debatda uğursuz çıxışını tədbirdən bir müddət əvvəl xaricə səfərlər etməsi ilə əlaqələndirib. AYNA xarici mediaya istinadən bildirir ki, Amerika liderinin sözlərini Ağ Ev yayıb.
“Debatdan bir az əvvəl dünyanı gəzməyə qərar verdim. Mən köməkçilərimə qulaq asmadım və az qala səhnədə yuxuya getdim”, Bayden bildirib.
“Bu, bəhanə deyil, izahatdır”, - ABŞ Prezidenti vurğulayıb.
Bayden deyib ki, səfərlərə çıxmaq “çox ağıllı qərar deyildi”.
"Mən dünyanı gəzməyə qərar verməklə çox ağıllı bir şey etmədim”, - ABŞ lideri vurğulayıb.
Bayden debatdakı uğursuzluğa görə üzr istəyib, lakin qeyd edib ki, performans seçkilərdə qalib gəlmək üçün “kritik” olub. Eyni zamanda o, çıxışınıbn uğursuz olduğunu etiraf edib.