Bayden Trampın yaşı ilə bağlı zarafat edib: “Bəli, yaş problemdir”

Dünya

28.04.2024 - 11:29

“Mən altı yaşlı uşaqla yarışan yetkin bir insanam”

ABŞ Prezidenti Co Bayden Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulunda çıxışı zamanı keçmiş dövlət başçısı Donald Trampın yaşının çox olması ilə əlaqədar onu tənqid etməsinə zarafatla cavab verib. AYNA xəbər verir ki, onun çıxışı C-SPAN kanalında yayımlanıb.

“Əlbəttə, 2024-cü il seçki prosesi tam sürətlə gedir. Bəli, yaş problemdir. Mən altı yaşlı uşaqla yarışan yetkin bir insanam”, deyə ABŞ lideri söyləyib.

Bayden qeyd edib ki, bu il 82 yaşı tamam olmasına baxmayaraq, özünü əla hiss edir.

Bundan əvvəl məlum olmuşdu ki, məşhur Hollivud rejissoru Stiven Spilberq Baydenin prezidentlik kampaniyası üçün strategiyanın hazırlanmasında iştirak edir. Onun Demokratik Milli Konvensiya üçün strategiya yaratdığı iddia edilir.

Müəllif: Ayna.az