Bayden Trampdan Ukraynaya yardımı davam etdirməyi xahiş edəcək

Dünya

12.11.2024 - 01:12

Həkimlər Klinikalar SEO Xidməti

“Baydenin respublikaçı ilə ABŞ-ın niyə Ukraynanı maliyyələşdirməyə davam etməli olduğunu müzakirə edəcəyi gözlənilir”

ABŞ-ın hazırkı lideri Co Bayden Ağ Evdəki görüşdə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampdan Ukraynaya hərbi yardımı davam etdirməyi xahiş edəcək. AYNA xəbər verir ki, bu barədə “The Guardian” mənbələrə istinadən məlumat yayıb.

“Bayden Trampı hakimiyyətin keçidinin təfərrüatlarını müzakirə etmək üçün çərşənbə günü, noyabrın 13-də Oval kabinetdə görüşə dəvət etdi. Onun respublikaçı ilə ABŞ-ın niyə Ukraynanı maliyyələşdirməyə davam etməli olduğunu müzakirə edəcəyi gözlənilir”, - nəşr yazıb.

Bundan əvvəl “Huffington Post” Nümayəndələr Palatasının spikeri Mayk Consona istinadən xəbər vermişdi ki, ABŞ Konqresinin hər iki palatasına daha əvvəl seçkilərdə qalib gəlmiş respublikaçılar tezliklə Ukraynaya yardımla bağlı qərarlar qəbul etməyəcəklər və yardım paketlərini nəzərdən keçirməyəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş