Bayden seçki yarışından geri çəkilir - İDDİA

Dünya

19.07.2024 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

“Demokrat Partiyasından prezidentliyə namizəd avqustun 19-22-də Çikaqoda keçiriləcək milli qurultayında seçiləcək”

ABŞ Prezidenti, Demokrat Partiyasının payızda keçiriləcək prezident seçkilərindəki namizədi Co Bayden seçki mübarizəsini bitirir. AYNA xəbər verir ki, bu barədə amerikalı siyasi müşahidəçi və şərhçi Mark Halper “Newsmax” telekanalında “çoxsaylı demokratların mənbələrinə” istinadən belə bir məlumat açıqlayıb.

Onun sözlərinə görə, Demokrat Partiyasından ABŞ administrasiyasının rəhbəri vəzifəsinə namizəd avqustun 19-22-də Çikaqoda keçiriləcək milli qurultayında seçiləcək.

“Prezident Bayden demokratların namizədi olaraq yarışdan çəkilməyə razılıq verib. Bu həftə sonu Bayden fikrini açıqlayacaq. Onun üçün müvafiq məzmunlu çıxış hazırlanır”, - Halperin bildirib.

Onun sözlərinə görə, Bayden “Prezident kimi fəaliyyətini davam etdirəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş