ABŞ lideri Qəzzaya humanitar yardım axınının davam etdirilməsinin vacib olduğunu deyib
ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzza zolağının sakinlərinə davamlı humanitar yardım axınının saxlanmasının vacibliyini vurğulayıb. AYNA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, bayden ABŞ-ın HƏMAS tərəfindən tutulan bütün əsir və girovları azad etmək səylərinə sadiqdir.
Qeyd edək ki, oktyabrın 20-də Bayden Konqresdən Ukrayna və İsrailə yardımın daxil olduğu büdcəni razılaşdırmağı xahiş edib.
Bundan əvvəl Prezident Ukrayna və İsrailə yardımı “ağıllı investisiya” adlandırmışdı. Onun fikrincə, Vaşinqtonun kritik tərəfdaşlarına bu cür dəstəyi gələcək nəsillər üçün dividendlər verəcək.