“Fələstinin tanınması uzunmüddətli perspektivdə İsrailin təhlükəsizliyini təmin edəcək yeganə yoldur”
ABŞ Prezidenti Co Bayden Ağ Evdə İordaniya Kralı II Abdullah ilə görüşüb. AYNA-nın xəbərinə görə, “The New York Times” yazır ki, Fələstin-İsrail münaqişəsinin müzakirəsi zamanı onlar razılaşıblar ki, problemi həll etməyin yeganə yolu Fələstinin müstəqilliyini tanımaqdır.
Hər iki siyasətçi münaqişəni iki dövlətli həll yolu ilə bitirməyə çağırıb. Bayden vurğulayıb ki, “uzun müddət və ömürlük İsrail tərəfdarı”dır, lakin “Fələstinin tanınması uzunmüddətli perspektivdə İsrailin təhlükəsizliyini təmin edəcək yeganə yoldur”.
Kral isə bildirib ki, təklif olunan həll “yalnız fələstinlilər və israillilər üçün deyil, bütün region üçün sülh və təhlükəsizliyə zəmanət verəcək”.