Bayden HƏMAS-a qarşı mübarizədə mövqeyində dəyişiklik edib

Dünya

31.10.2023 - 12:55

cedabet dərman SEO Xidməti

ABŞ Prezidenti Qəzzadakı böhranın sülh yolu ilə həllini müdafiə etməyə başlayıb

ABŞ Prezidenti Co Bayden və onun administrasiyası artıq Fələstin-İsrail münaqişəsi və HƏMAS-a qarşı mübarizə ilə bağlı mövqeyini dəyişib və indi Qəzza zolağında humanitar böhranın tezliklə həllinin tərəfdarıdır. ABŞ İsraili mümkün mülki itkilərə qarşı xəbərdar edir. AYNA xəbər verir ki, bu barədə “New York Times” diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Prezident Bayden və onun yüksək səviyyəli köməkçiləri hələ də ümid edirlər ki, İsrail və HƏMAS arasında müharibənin dayanması İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair yenilənmiş danışıqlara gətirib çıxara bilər. Hətta Fələstinlə bağlı qərarlar üzərində danışıqlara qayıtmaq üçün müəyyən təsir imkanları təklif edilə bilər”, - materialda deyilir.

Qeyd olunur ki, Bayden əvvəllər HƏMAS-a qarşı mübarizədə İsrailə hərtərəfli dəstək, o cümlədən hərbi sursatla təmin olunmasını müdafiə edib: “Lakin Qəzzada humanitar böhranın genişlənməsi və ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri ilə münasibətlərinin pisləşmə riski Vaşinqtonu öz mövqeyini dəyişməyə məcbur edib. Ağ Evin Qəzza zolağının təmizlənməsi üçün İsrail ordusunun quru əməliyyatını təxirə salmaq və ya ləğv etmək cəhdləri də bununla bağlıdır”.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı hərbi əməliyyatın anklavda quru əməliyyatlarının genişləndirilməsini əhatə edən üçüncü mərhələsinə qədəm qoyduğunu elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş