“Seçkidən əvvəl amerikalılar birləşməli, irəli getmək və ya geriyə getmək arasında seçim etməlidirlər”
ABŞ Prezidenti Co Bayden prezident seçkilərində Demokratlar Partiyasına başçılıq edəcəyi ehtimal edilən vitse-prezident Kamala Harrisi təsvir etmək üçün üç epitetdən istifadə edib. AYNA xəbər verir ki, iyulun 24-də axşam Bayden xalqa müraciət edib və burada yenidən seçilmək üçün mübarizə aparmaqdan niyə imtina etdiyini və Harrisi niyə dəstəklədiyini söyləyib. Müraciət Ağ Evin rəsmi “YouTube” kanalı tərəfindən yayımlanıb.
“O, təcrübəlidir, sərtdir və bacarıqlıdır”, deyə Bayden Harrisi bu şəkildə təsvir edib.
Hazırkı Prezidentin sözlərinə görə, seçkidən əvvəl amerikalılar birləşməli, “irəli getmək və ya geriyə getmək” arasında seçim etməlidirlər.
Prezidentlik yarışından geri çəkilməsini izah edən Bayden bunu Demokratlar Partiyasının birliyi naminə etdiyini qeyd edib.