ABŞ Prezidenti Ukrayna ilə bağlı müraciətlə çıxış edəcək
ABŞ Prezidenti Co Bayden bu gün Polşaya səfər edəcək. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, səfər iki gün davam edəcək.
Məlumata görə, ABŞ lideri Polşa Prezident Anjey Duda və NATO-nun “Buxarest doqquzluğu”nun liderləri ilə görüşəcək.
Ağ Evdən bildirilib ki, Bayden Polşanın dövlət başçısı ilə ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin Ukraynaya dəstək üçün kollektiv səyləri müzakirə edəcək.
Məlumata görə, fevralın 21-də ABŞ Prezidenti Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının birinci ildönümünə həsr olunmuş müraciətlə çıxış edəcək.