Bayden bu dəfə də Putini “qəssab” adlandırdı - VİDEO

Dünya

26.03.2022 - 23:57

Həkimlər Klinikalar SEO Xidməti

Bayden ukraynalı qaçqınların düşərgəsini ziyarət edib

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini “qəssab” adlandırıb. AYNA xəbər verir ki, bu barədə məlumatı “CNN” telekanalı yayıb. 

Bildirilib ki, Bayden bu açıqlamanı Polşa və Ukrayna sərhədində ukraynalı qaçqınların düşərgəsini ziyarət etdiyi zaman verib. 

Belə ki, jurnalistlərdən biri Baydendən Ukraynadakı hərbi əməliyyat fonunda Putin barəsində nə düşündüyünü soruşub. 

“O qəssabdır”, - deyə Bayden cavab verib. 

Xatırladaq ki, Bayden daha əvvəl Putini “hərbi cinayətkar” hesab etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş