ABŞ Prezidenti konqresmenlərə məktub ünvanlayıb.
ABŞ Prezidenti Co Bayden ABŞ Konqresinin senatorlarını F-16 təyyarələrinin Türkiyəyə satışını dərhal təsdiqləməyə çağırıb. Bu, Türkiyə Parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqlədikdən sonra baş verib. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, Amerika lideri bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbərlərinə məktubunda yazıb.
Qeyd olunur ki, Türkiyə 2021-ci ildən bəri donanmasını modernləşdirmək üçün 40 F-16 təyyarəsi və 79 dəst almağa çalışıb. Ankara müvəqqəti tədbir olaraq F-4 təyyarələrini istehsaldan çıxarmağı və öz döyüş təyyarələrini hazırlayana qədər mövcud F-16-larını təkmilləşdirməyi planlaşdırır.
Bundan əvvəl Türkiyə Parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini səs çoxluğu ilə təsdiqləyib. İndi müvafiq fərman imzalanmaq üçün Türkiyə Prezidenti Rəcəb Ərdoğana təqdim olunacaq.