Bayden: “ABŞ İsrailə dəstəyini davam etdirəcək”

Dünya

18.10.2023 - 16:37

cedabet dərman SEO Xidməti

“Bu gün, sabah və həmişə sizə dəstək olacağımıza söz veririk”

ABŞ Prezidenti Co Bayden İsrailə davamlı dəstək vəd edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika lideri İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra bildirib.

“Birləşmiş Ştatlar azadlığı müdafiə etmək, ədalətə nail olmaq və sülhü dəstəkləmək üçün sizinlədir. Bu gün, sabah və həmişə sizə dəstək olacağımıza söz veririk”, - Bayden deyib.

Bayden daha əvvəl Əl-Əhli xəstəxanası ilə bağlı insidenti şərh edərək xəstəxanaya raket hücumunun İsrail tərəfindən törədilmədiyini bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti İsrailə oktyabrın 18-də Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş