Batumi-İstanbul reysi bomba xəbərinə görə təxirə salınıb

Dünya

20.01.2024 - 23:29

cedabet dərman SEO Xidməti

İstehkamçılar hadisə yerində partlayıcı qurğu tapmayıblar

Batumi-İstanbul reysi Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması ilə bağlı anonim xəbərə görə iki saat təxirə salınıb.

AYNA-nın məlumatına görə, bu barədə "Birinci Kanal" “TAV Georgia” hava limanını idarə edən şirkətə istinadən məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, Tbilisi vaxtı ilə saat 17:40-da uçmalı olan reys yalnız saat 19:40-da uçub.

Yanvarın 20-də axşam saatlarında bomba barədə məlumat verilib və istehkamçılar hadisə yerinə gəlsələr də, partlayıcı qurğu tapmayıblar. Gürcüstan qanunvericiliyinə görə, yalan məlumat verən şəxsi inzibati cəza gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş