Baş Prokurorluq Tovuz cinayəti ilə bağlı vətəndaşlara müraciət edir

Cəmiyyət

05.02.2020 - 18:11

Həkimlər Klinikalar SEO Xidməti

Qətllə bağlı məlumatlı olan şəxslərdən məlumat vermələri xahiş olunur

 

Son günlər bəzi sosial şəbəkələr və ayrı-ayrı internet informasiya resurslarında Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə müxtəlif anonim informasiyalar yayılıb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayılıb. Məlumatda deyilir:

 

“Qeyd edilən faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin informasiyalar öyrənilir və araşdırılması təmin olunacaq.

 

İstintaq-əməliyyat qrupu tərəfindən həmin qətllə bağlı məlumatlı olan şəxslərdən +99412 440 75 25 və +99412 440 79 25 nömrəli telefonlara müraciət etmələri xahiş olunur. Məlumat vermiş şəxslərin anonimliyi və təhlükəsizliyinə təminat verilir.

 

Kütləvi informasiya vasitələrinə aidiyyəti dövlət qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmələr aparılmadan istintaqın maraqlarına zidd olmaqla konfidensial informasiya hesab edilən məlumatların yayılmasına yol verməmələri bir daha tövsiyə edilir. İstintaqın gedişatı ilə bağlı zərurət yarandıqda ictimaiyyətə əlavə məlumat veriləcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş