Vətəndaşlar prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı suallarla müraciət edə bilərlər
İyunun 18-də saat 09:00-dan 12:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində prokurorluqla bağlı sual-cavab sessiyası keçiriləcək. Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, vətəndaşlar sessiyada iştirak edərək prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maraqlandıqları mövzularda suallarla müraciət edə bilərlər.
“Azərbaycan Respublikasının prokurorluq orqanları müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun və aşkarlığın təmin edilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı suallar mütəmadi qaydada cavablandırılır”, - deyə vurğulanıb.