Baş nazir: “Azərbaycan-Ermənistan sülh sazişi hazırdır”

Xəbərlər

22.10.2025 - 12:54

Əli Əsədov: “Vaxtı-zamanı gələndə sülh imzalanacaq”

“Azərbaycan-Ermənistan sülh sazişi demək olar hazırdır, son məqamlar qalıb”. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov V Tbilisi İpək Yolu Forumunda deyib.

Onun sözlərinə görə, hər iki tərəf bu istiqamətdə hazırlaşır.

“Vaxtı-zamanı gələndə sülh imzalanacaq”, - Əli Əsədov qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş