“Lazımi tibbi proseduralardan sonra həmən cənazələr də Azərbaycana göndəriləcək"
“Təəssüf ki, təyyarə qəzasında ölənlərin meyitləri tanınmaz haldadır”. AYNA APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib.
Qəza ilə bağlı istintaqın aparıldığını bildirən Baş konsulun sözlərinə görə, şəxsiyyəti müəyyən edilənlərin cənazələri Vətənə göndəriləcək: “Təəssüf ki, bəzi meyitlər tanınmaz haldadır. Lazımi tibbi proseduralardan sonra həmən cənazələr də Azərbaycana göndəriləcək".
A.Süleymanlı vurğulayıb ki, Azərbaycan Səhiyyə Nazirliyi və Baş Prokurorluğundan ibarət heyət xəstəxanada olan xəstələrlə maraqlanırlar: "Eyni zamanda, DNT analizlərinə də ehtiyac olacaq. Tanınmaz vəziyyətdə olanları araşdırmaq üçün müəyyən tibbi fəaliyyətlər həyata keçiriləcək".