Daxili İşlər Nazirliyi oğurluqla bağlı məlumat yayıb
Bakıda bank kartından oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulublar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə bir nəfərin bank kartından 353 manatının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı qadın və 22 yaşlı qardaşı M.Muradov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.