Bakının Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir

Xəbərlər

25.08.2024 - 20:58

cedabet dərman SEO Xidməti

“Digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək"

Xüsusi hərəkət zolağının təşkili Bakının Tbilisi prospektində də həyata keçirilir. Yol boyunca avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, Tbilisi prospektinin müxtəlif ərazilərində gün ərzində 6-10 müntəzəm marşrut xətti üzrə 80-150 avtobus fəaliyyət göstərir.

"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq, hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırırıq. Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək", - Agentlikdən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş