Bakının sıxlıq müşahidə olunan yollarının SİYAHISI

Xəbərlər

11.03.2024 - 08:43

cedabet dərman SEO Xidməti

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yolların siyahısını təqdim edib

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. AYNA Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

  1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
  3. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
  4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);
  5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
  6. Zərifə Əliyeva küçəsində;
  7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
  8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
  9. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
  10. Babək prospekti, mərkəz istiqamətində;
  11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metrostansiyası istiqamətində.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş