Bakının mərkəzi prospektində hərəkət məhdudlaşdırılacaq

Xəbərlər

02.08.2024 - 11:14

cedabet dərman SEO Xidməti

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur

Sabah saat 06:00-dan Bakının Xətai rayonunun 8 Noyabr prospektində (Zığ dairəsindən Sadıqcan küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş