Bakının iki rayonunda suyun verilməsində fasilə yaranıb

Xəbərlər

06.03.2022 - 15:39

Həkimlər Klinikalar SEO Xidməti

Su kəmərində qəza baş verib, problem aradan qaldırılır

Bakının iki rayonunun müəyyən hissələrinə içməli suyun verilməsində fasilə yaranıb. AYNA xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki,  buna səbəb su kəmərində baş vermiş qəzadır.

Qeyd olunub ki, qəza ilə əlaqədar Nərimanov rayonunun M.Əlizadə, N.Yusifbəyli, M.Qaşqay, N.Rəfibəyli ş, Azadlıq, Y.V.Çəmənzəminli, M.Sənani və Nəsimi rayonunun H.Əliyev, S.Vurğun, C.Məmmədquluzadə, A.Səhhət, Novruzov qardaşları, S.Rəhman küçələrinə içməli suyun verilişində fasilə yaranıb.

“Azərsu” ASC-nin qəza briqadaları hadisə yerində işləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş