Bakıdan Moskvaya uçan təyyarə quş dəstəsi ilə toqquşduqdan sonra məcburi eniş edib
Bakıdan Moskvaya yerli vaxtla 20:31-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş dəstəsi ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.
Bu barədə AYNA-ya Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildirilib.
Məlumata görə, Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.
Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar