Bakıda yollarda azaldılan sürət həddi bərpa edilib

Xəbərlər

15.01.2024 - 13:09

Zolaqlar üzrə 20 və 40 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi - Hava Limanı yolu və Heydər Əliyev prospektində bəzi zolaqlar üzrə 20 və 40 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, hazırda Zığ dairəsi - Hava Limanı yolunda sürət həddi 110 km/saat, Heydər Əliyev prospektində isə 70 km/saatdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş