Bakıda yaşayış binasında yanğın olub

Hadisə

01.01.2024 - 19:39

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə nazirliyin mətbuat xidmətindən AYNA-ya bildirilib.

Qeyd olunub ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində, ilkin məlumata əsasən, doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əməliyyat zamanı təhlükəli vəziyyətdə qalmış bina sakinləri xüsusi təyinatlı texnikalarla təxliyə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş